Yol idarəsində dava - İşçi KamAZ-ın altında qalıb öldü

14:54 09.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yerləşən Yol İstismarı İdarəsində dava olub.

 

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, hadisə idarənin həyətində baş verib.

 

Abşeron Rayon Polis İdarəsinə noyabrın 8-də rayonun Güzdək qəsəbəsi ərazisində yerləşən Yol İstismarı İdarəsinin həyətində orada işləyən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin münaqişə zəminində Xırdalan şəhər sakini İmamverdi Alyarovu itələməsi nəticəsində sonuncunun Şəki rayon sakini R.İbrahimxəlilovun idarə etdiyi “KamAZ” markalı avtomobilin təkərlərinin altında qalaraq hadisə yerində ölməsi barədə məlumat daxil olub.